Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) İsrailin Suriyaya son hücumları ilə bağlı iyulun 17-də fövqəladə iclas keçirəcək.
Referans xəbər verir ki, təcili sessiya Əlcəzairin müraciəti əsasında çağırılıb.
BMT TŞ-nın hazırkı sədri Pakistanın təşkilatdakı daimi nümayəndəsi agentliyə açıqlamasında bildirib ki, iclas iyulun 17-si günortadan sonra yerli vaxtla saat 15:00-da baş tutacaq.
Qeyd edək ki, İsrailin Suriyanın müxtəlif bölgələrinə endirdiyi son hava zərbələri beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurub. Sessiyada regional sabitlik və mülki əhalinin təhlükəsizliyi məsələlərinin də gündəmdə olacağı gözlənilir./Globalinfo.az