“Böyük yeddilik” (G7) ölkələrinin energetika nazirləri Yaxın Şərqdəki vəziyyətlə əlaqədar strateji neft ehtiyatlarından istifadə də daxil olmaqla qabaqlayıcı tədbirləri dəstəkləyiblər.
Referans Media Musavat.com istinadən xəbər verir ki, bu mövqe nazirlərin görüşünün yekunlarına dair kommunikedə əksini tapıb.
Sənədə əsasən, nazirlər strateji ehtiyatlardan istifadə də daxil olmaqla qabaqlayıcı tədbirlərin tətbiqi ilə prinsipcə razılaşıblar.
Onlar həmçinin qeyd ediblər ki, enerji bazarı tendensiyalarını yaxından izləyir və G7 çərçivəsində, eləcə də beynəlxalq tərəfdaşlar və Beynəlxalq Enerji Agentliyinin (BEA) üzv ölkələri ilə hərəkətlərini əlaqələndirirlər.
Daha əvvəl Fransa prezidenti Emmanuel Makron bildirib ki, G7 ölkələri tədricən strateji ehtiyatlarındakı neftdən istifadə etmək ideyasına meyl etməyə başlayırlar.
BEA-nın 32 üzv ölkəsi neft bazarı böhranlarının həlli üçün yaradılmış kollektiv təcili yardım sisteminin bir hissəsi olaraq strateji neft ehtiyatları saxlayır. Hazırda bu ölkələr 1,2 milyard bareldən çox strateji neft ehtiyatına malikdir.























