Böyük Britaniya hökuməti yaxın həftələrdə Qəzzadan 300-ə qədər uşağın təxliyəsini nəzərdə tutan xüsusi humanitar proqram
başlatmağa hazırlaşır.
Referans xəbər verir ki, plana əsasən, hər bir uşaq valideyn və ya qəyyumla, ehtiyac olduqda isə qardaş və bacılarla birlikdə
Böyük Britaniyaya köçürüləcək.
Bu təşəbbüs artıq fərdi şəkildə üç uşağı müalicə üçün Londona gətirən və bu sahədə təcrübəsini hökumətlə bölüşən Project
Pure Hope xeyriyyə təşkilatının fəaliyyəti ilə paralel həyata keçirilir.
NICEF-in məlumatına görə, 2023-cü ilin oktyabrından bəri Qəzzada minlərlə uşaq öldürülüb və ya yaralanıb.
Proqram, artan ictimai və siyasi təzyiqlərin fonunda qərara alınıb və hazırda Qəzzada baş verən humanitar böhrana cavab olaraq
qiymətləndirilir./Musavat com