Astroloqların proqnozuna görə, bu həftə bəzi bürclər üçün karyera, maliyyə və şəxsi münasibətlər sahəsində mühüm dəyişikliklər və yeni imkanlar gətirəcək.
Referans Media xəbər verir ki, ulduzların düzülüşü xüsusilə Şir, Buğa və Əkizlər bürclərinin həyatında diqqətçəkən yeniliklər vəd edir.
Astroloqların fikrincə, Şirlər üçün bu həftə karyera və təhsil sahəsində yeni imkanlarla yadda qala bilər. Gözlənilməz iş təklifi, yeni layihə və ya təlim fürsəti ilə qarşılaşa bilərsiniz.
Buğa
Bu həftə Buğaların diqqəti daha çox ailə, ev və maliyyə məsələlərinə yönələcək. Yaşayış yeri, ailə büdcəsi və ya gündəlik həyatla bağlı dəyişikliklər üçün uyğun şərait yarana bilər.
Əkizlər
Əkizlər üçün həftə ünsiyyət və sosial əlaqələr baxımından olduqca aktiv keçəcək.
Gözlənilməz mesaj, köhnə əlaqənin bərpası və ya yeni əməkdaşlıq təklifi gündəmə gələ bilər. Metbuat.az
