Peşə təhsili müəssisələrinə tələbə qəbulunun cavabları açıqlanıb

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin cavabları açıqlanıb.

Referans Media xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 23 iyul tarixindən etibarən www.portal.edu.az platforması vasitəsilə 39735 nəfərdən 150 354 müraciət daxil olub. Ümumilikdə 24161 nəfər müsabiqədən keçib.

Müsabiqədən uğurla keçən namizədlər 25 avqust 18:00 tarixinədək qeyd olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir.

Müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki