Bu ölkədə 2028-ci ildən qadınlar da orduya ÇAĞIRILA BİLƏR

  Latviya 2028-ci ildən qadınları da orduya çağırmağı planlaşdırır.

Referans.az  xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Andris Spruds bəyan edib.

O qeyd edib ki, ölkə Silahlı Qüvvələrin sayını artırmaq məqsədilə qadınların da hərbi xidmətə cəlb edilməsinə başlamalıdır.

Qeyd edilir ki, Latviya 2021-ci ildə 15 min nəfər olan Silahlı Qüvvələrinin sayını 2028-ci ilə qədər 31 min nəfərə çatdırmaq istəyir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki