Özbəkistanda, Səmərqənd vilayətinin Koşrabad rayonunda yaşayan Onarxol Kubayeva indiyədək SSRİ pasportu ilə yaşasa da, nəhayət Özbəkistanın ID-kartını alıb.
Bizim.Media yerli KİV-ə istinadən xəbər verir ki, Kubayeva 1972-ci ildə Nuratada anadan olub.
Onun sözlərinə görə, ailə problemləri səbəbindən uzun illər pasportunu dəyişə bilməyib.
Martın 14-də yerli hakimiyyət orqanları qadına ilk Özbəkistan şəxsiyyət vəsiqəsini rəsmiləşdirməkdə kömək edib.
Beləliklə, Kubayeva rəsmi şəkildə müstəqil Özbəkistanın vətəndaşı olub və artıq ölkənin ID-kartını daşıyacaq.























