Bu rayonun bir hissəsində qaz olmayacaq backend

Bu rayonun bir hissəsində qaz olmayacaq 

Qəbələ rayonu Vəndam qəsəbəsinin bir hissəsində qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

“Azəriqaz”dan Musavat.com-a verilən məlumata görə, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qəbələ xidmət sahəsinin ərazisində Qəbələ rayonu Vəndam qəsəbəsi ünvanında Məsimov Samir Sabir oğluna məxsus torpaq sahəsinin qarşısından keçən d-76 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 28.07.2025-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək Vəndam qəsəbəsinin bir hissəsində cəmi 342 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Məlumata görə, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki