image-usaqqqbackend

Cənubi Koreyadə son 15 ilin ən sürətli doğum artımı 2025-ci ildə qeydə alınıb

Referans Media xəbər verir ki, Yonhap-ın yaydığı məlumata görə görə, Cənubi Koreya Statistika Xidməti ölkədə doğum göstəricilərinə dair yenilənmiş məlumatları açıqlayıb.

Məlumata əsasən, ötən il ölkədə 254 min 500 körpə dünyaya gəlib. Bu göstərici 2024-cü illə müqayisədə 16 min 100 nəfər çoxdur. Yenidoğulanların sayında qeydə alınan 6,8%-lik artım 2010-cu ildən bəri illik baza üzrə ən sürətli yüksəliş kimi qeydə alınıb.

Rəqəmlər son iki ildə doğum göstəricilərində müşahidə olunan artım tempinin davam etdiyini göstərir.

Digər tərəfdən, ölkədə ümumi doğum əmsalı 2024-cü illə müqayisədə 0,05 bənd artaraq 0,8-ə çatıb. Beləliklə, bu göstərici son 4 ilin ən yüksək səviyyəsinə yüksəlib.

Eyni zamanda, 2025-ci ildə ölüm sayı illik müqayisədə 1,3% artaraq 363 min 400 nəfərə çatıb ki, bu da təbii əhali azalmasının 110 min nəfər təşkil etməsinə səbəb olub.

Statistika Xidmətinin rəsmisi Pak Hyun-cjonq bildirib ki, yenidoğulanların sayındakı artım nikahların çoxalması və 2021-ci ildən bəri ən əlverişli doğum yaş qrupunu təşkil edən 30 yaşlarının əvvəllərində olan qadınların sayının artması ilə bağlıdır.

Qeyd edək ki, Cənubi Koreya 2023-cü ildə 0,72 göstərici ilə dünyada ən aşağı doğum səviyyəsinə malik ölkələr sırasında ilk yerdə qərarlaşmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki