Cari ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən ümumilikdə 50,18 ton dondurulmuş sakit okean qızılbalığı idxal olunub.
Referans xəbər verir ki, bu həcmdə balığın ölkəyə gətirilməsi üçün 277,45 min ABŞ dolları vəsait xərclənib. Bu məhsul Azərbaycana əsasən Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı, Çili, Türkiyə və Niderlanddan gətirilib.
Hesabat dövründə dondurulmuş sakit okean qızılbalığı üzrə ən böyük idxal həcmi Çiliyə məxsus olub. Belə ki, bu ölkədən 39,94 ton balıq gətirilib və bu miqdarda idxal üçün 175,74 min ABŞ dolları ödənilib. Nəticədə, Çilidən alınan balığın 1 kiloqramı təxminən 4,40 ABŞ dolları və ya 7,48 manata başa gəlib.
Türkiyədən 10,2 ton dondurulmuş sakit okean qızılbalığı idxal olunub. Bu məhsul üçün 101,22 min ABŞ dolları vəsait sərf olunub. Beləliklə, 1 kiloqram balığın dəyəri təxminən 9,92 ABŞ dolları və ya 16,86 manat təşkil edib.
Niderlanddan idxal edilən 0,02 ton balığa görə 0,4 min ABŞ dolları ödənilib. Bu isə 1 kiloqram üçün 20 ABŞ dolları və ya 34 manat deməkdir.
Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığından gətirilən 0,2 ton məhsul üçün isə 0,09 min ABŞ dolları xərclənib. 1 kiloqram balığın qiyməti beləliklə, təxminən 0,45 ABŞ dolları və ya 0,77 manat olub.(Valyuta.az )