Dağlıq ərazidə yıxılıb yaralandı, belə xilas olundu – VİDEObackend

Dağlıq ərazidə yıxılıb yaralandı, belə xilas olundu – VİDEO

Qəbələ rayonunun Laza kəndində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə bir nəfər köməksiz vəziyyətdə qalıb.

Referans xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 1986-cı il təvəllüdlü İbişov Elşən Sevdiyar oğlunun dağlıq ərazidə yıxılaraq müxtəlif dərəcəli

bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər çətin keçidli dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.(globalinfo)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki