Daşkəsəndə həlak olan gizir dəfn edildi – FOTOLARbackend

Daşkəsəndə həlak olan gizir dəfn edildi – FOTOLAR

  Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən Azərbaycan Ordusunun hərbi qulluqçusu dəfn olunub.

Referans APA-ya istinadən xəbər verir ki, Azərbaycan Ordusunun giziri, Zaqatala rayon sakini Sadiq Əsgərov doğulub boya-başa çatdığı Qımır kəndində dəfn edilib.

Hərbi qulluqçunun dəfn mərasimində qulluq etdiyi hərbi hissənin bir qrup zabit və əsgəri, Zaqatala rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyəti və mərhumun yaxınları iştirak edib.

Qeyd edək ki, ötən gün 1986-cı il təvəllüdlü Sadiq Əsgərovun içərisində olduğu hərbi hissənin avtomobili idarəetmədən çıxaraq yol kənarındakı qaya daşlarına dəyib. Nəticədə hərbçi aldığı ağır xəsarətlərdən hadisə yerində həlak olub.

Sadiq Əsgərov ailəli olub, 3 övlad atası idi.  

Daşkəsəndə həlak olan gizir dəfn edilib - FOTO Daşkəsəndə həlak olan gizir dəfn edilib - FOTO Daşkəsəndə həlak olan gizir dəfn edilib - FOTO Daşkəsəndə həlak olan gizir dəfn edilib - FOTO Daşkəsəndə həlak olan gizir dəfn edilib - FOTO



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki