İranın raketləri müharibənin gedişini dəyişir? Tramp yenidən danışıqlara çağırdı

ABŞ Prezidenti Donald Trampın İranı yenidən danışıqlar masasına çağırmasının arxasında Tehranın artan raket imkanlarının dayandığı iddia edilir. ABŞ və İsrailin aylardır davam edən hava zərbələrinə baxmayaraq, İranın ballistik raket potensialını qoruyub saxladığı və bölgədəki ABŞ hərbi obyektlərini hədəf almaqda davam etdiyi bildirilir.

Referans Media xəbər verir ki, "Financial Times"ın təhlilinə görə, ABŞ və İsrailin İranın raket imkanlarını zəiflətmək məqsədilə başladığı hərbi əməliyyatlar gözlənilən nəticəni verməyib. Məlumata əsasən, İran ağır itkilərə baxmayaraq yeraltı hərbi bazalarının bir hissəsini yenidən aktivləşdirib və dəyişən döyüş şəraitinə uyğun yeni taktikalardan istifadə edir.

İranın üstünlük qazandığı iddia olunan amillər

Təhlildə İranın raket imkanlarını qorumasına kömək edən bir neçə əsas faktor qeyd olunur. Köhnə raketlər əvəzinə uçuşun son mərhələsində trayektoriyasını dəyişə bilən daha müasir sistemlərin istifadəsi, mobil buraxılış platformaları və yeni kamuflyaj üsullarının tətbiqi, Ballistik raketlər, qanadlı raketlər, pilotsuz uçuş aparatları və saxta hədəflərdən eyni vaxtda istifadə etməklə hava hücumundan müdafiə sistemlərinin yüklənməsi.

Bəzi ekspertlərin iddiasına görə, Rusiyanın kəşfiyyat dəstəyi göstərməsi ehtimalı. Lakin bu iddia müstəqil şəkildə təsdiqlənməyib.

Mütəxəssislər hesab edirlər ki, İranın nisbətən ucuz raket və PUA-lardan geniş istifadə etməsi ABŞ-ın məhdud sayda olan "Patriot" və THAAD hava hücumundan müdafiə sistemləri üçün əlavə yük yaradır. Bu isə Vaşinqtonu həm hərbi, həm də siyasi baxımdan yeni qərarlar verməyə məcbur edə bilər.

Bununla yanaşı, ekspertlər vurğulayırlar ki, İran raketlərinin dəqiqlik göstəricilərini müstəqil şəkildə təsdiqləmək çətindir. ABŞ hərbi bazalarındakı obyektlərin bir-birinə yaxın yerləşməsi səbəbindən hədəfdən yayınan raket belə başqa hərbi obyektə düşə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki