image-imzaaabackend

Direktorların işə qəbulunda əsas dəyişiklik açıqlandı

Direktorların və direktor müavinlərinin işə qəbulunda əsas dəyişiklik namizədlərin yüksək bal toplayan müəllimlər arasından seçilməsi olacaq.

 

Referans Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.

 

O bildirib ki, direktor və direktor müavini vəzifələrinə namizədlərin seçimində təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında topladıqları bal əsas meyarlardan biri kimi nəzərə alınacaq:

 

“Sertifikatlaşdırmada iştirak etməmiş namizədlər üçün isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanı nəticələri əsas götürüləcək”.

 

Qeyd edilib ki, tətbiq edilən yeni yanaşma rəhbər vəzifələrə daha yüksək nəticə göstərmiş pedaqoqların seçilməsini təmin etməyə yönəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki