Donald Trump-dan gözlənilməz addım: Hürmüz Boğazı bağlı qalsa belə, İrana hücumlar dayandırıla bilər

ABŞ Prezidenti Donald Trump-ın, Hürmüz Boğazı bağlı qalsa belə, İrana qarşı hücumları dayandırmağa hazır olduğu iddia edilir.

Məlumata görə, ABŞ rəhbərliyi boğazın açılması üçün hərbi əməliyyatın münaqişəni uzada biləcəyini düşünür. Bunun əvəzinə İranın hərbi imkanlarını zəiflətmək və diplomatik təzyiq göstərmək planlaşdırılır.

Əgər diplomatiya nəticə verməsə, Vaşinqtonun boğazın açılması üçün Avropa və Körfəz müttəfiqlərinin daha fəal rol almasını gözlədiyi bildirilir.

Qeyd edək ki, İran ABŞ və İsrail hücumlarına cavab olaraq boğazı bəzi gəmilər üçün bağlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki