DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət etdilər – VİDEO/FOTO

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini dərin hüznlə anıblar.

Bu barədə Referans Media-ya Dövlət Təhlükəsiziyi Xidmətinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, daha sonra DTX-nin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub, Şəhidlər xiyabanında dəfn edilmiş Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki