Yeni araşdırmalar göstərir ki, dünyanın “ağciyəri” sayılan Amazon yağış meşələri geri dönməz bir qurumağa doğru sürətlə gedir. Alimlər xəbərdarlıq edir ki, bu ekosistem yaxın gələcəkdə yamyaşıl yağış meşələrindən quru Savannaya çevrilə bilər.
Referans xarici mediaya istinadən xəbər verir ki, Amazon, 6 milyon km² ərazisi ilə dünyadakı ən böyük tropik meşəsi olmaqla yanaşı, bitki və heyvan növlərinin təxminən 10%-ni də saxlayır.
Dünya Təbii Mühiti Mühafizə Fonduna görə, bu meşələr 99–154 milyard ton karbon ehtiva edir və hər il ortalama 180 sm yağıntı alır. Bu xüsusiyyətləri Amazonu qlobal su və karbon dövranında vacib bir komponent edir.
Keçən əsrdə iqlim dəyişikliyi, quraqlıq və meşə yanğınları Amazonun davamlılığını zəiflədib. Dünya Resursları İnstitutunun məlumatına görə, yalnız 2024-cü ildə Braziliya Amazonu 28 min km² meşəsini itirib.
Cambridc Universitetindən professor Andrev Friend deyir:
“Böyük dəyişiklik mümkündür və bunun baş verməsi üçün məntiqli səbəblər var. Sual yalnız budur: iqlim dəyişikliyi və meşəsizləşmə hansı həddə çatanda sistem dönüşəcək?”.
Alimlər bu dramatik dəyişikliklərin qarşısını almaq üçün dərhal tədbirlər görülməsinin vacib olduğunu vurğulayır.