backend

Düşmənin hücumunu gözləməyəcəyik, cavab verəcəyik -BAŞ QƏRAEGAH RƏİSİ

“Düşmənin hücumunu gözləməyəcəyik. Biz milli maraqlarımızın tələb etdiyi istənilən nöqtədə qətiyyətlə və əzici şəkildə cavab verməyə hazırıq”.

Referans Media  xəbər verir ki, bunu İranın Baş Qərargah rəisi Əmir Hatəmi  bəyan edib.

O əlavə edib ki, ölkəmizin dəniz sənayesi yerüstü silahlar, onlara aid platforma və sualtı qayıqların bazası və sistemlərinin əlavə edilməsi baxımından yüksək səviyyəyə çatıb.
Hatəmi bildirib ki, yeni hərbi gəmilərin donanmaya əlavə edilməsi dəniz əməliyyat qabiliyyətini artırmaq, texniki potensialı gücləndirmək, təhdidlərə uyğun silah layihələri hazırlamaq və beynəlxalq sularda effektivliyi genişləndirmək məqsədi daşıyır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki