Bu ilin yanvar-iyun aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 350,947 milyon manat sığorta haqqı toplanılıb.
Referans Media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 % çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 14,5 % artaraq 147,634 milyon manata çatıb.
Beləliklə, 6 ayda qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,1 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 37,7 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 867,396 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,2 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 549,682 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 27,2 % çoxdur.
6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 63,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,9 manat olub.
