Rəsmi statistikaya görə, 2026-cı ilin əvvəlinə Azərbaycanda beşdən çox uşağı olan 13 min 167 qadına sosial müavinət təyin olunub. Bu kateqoriya üzrə hər nəfərə düşən orta aylıq sosial müavinət 140 manatdır.
Referans Media Modern.az-a istinadla Dövlət Statistika Komitəsinin məlumatları əsasında ölkədə beşdən çox uşağı olan qadınların ən çox və ən az yaşadığı rayonları, eləcə də bütün rayonlar üzrə göstəriciləri təqdim edir.
Ən çox beşdən çox uşaqlı qadın bu şəhər və rayonlardadır
Siyahıya Yevlax rayonu başçılıq edir. Burada 3 271 beşdən çox uşağı olan qadın sosial müavinət alır.
Sonrakı yerlərdə:
Bakı şəhəri – 1 720 nəfər
Astara rayonu – 542 nəfər
Cəlilabad rayonu – 460 nəfər
Şamaxı rayonu – 390 nəfər
Bərdə rayonu – 357 nəfər
Yardımlı rayonu – 307 nəfər
Sumqayıt şəhəri – 305 nəfər
Xəzər rayonu – 278 nəfər
Abşeron rayonu – 272 nəfər
Bakının rayonlarında vəziyyət necədir?
Paytaxt üzrə ümumilikdə 1 720 beşdən çox uşağı olan qadın qeydiyyatdadır.
Digər göstəricilər:
Xəzər – 278
Sabunçu – 275
Suraxanı – 256
Qaradağ – 186
Binəqədi – 153
Yasamal – 110
Xətai – 109
Nərimanov – 90
Nəsimi – 89
Nizami – 85
Səbail – 67
Pirallahı – 22
Ən az beşdən çox uşaqlı qadın bu rayonlardadır:
Xocalı – 3 nəfər
Naftalan – 6 nəfər
Zəngilan – 6 nəfər
Culfa – 10 nəfər
Xocavənd – 11 nəfər
Kəngərli – 15 nəfər
Şuşa – 18 nəfər
Ordubad – 19 nəfər
Pirallahı – 22 nəfər
Babək – 31 nəfər
Digər rayonlarda vəziyyət necədir?
Beşdən çox uşağı olan qadınların sayı Ağcabədidə 120, Ağdamda 102, Ağdaşda 95, Ağstafada 211, Ağsuda 93, Balakəndə 39, Beyləqanda 102, Biləsuvarda 69, Cəbrayılda 37, Daşkəsəndə 66, Füzulidə 64, Gədəbəydə 75, Goranboyda 82, Göygöldə 39, Göyçayda 71, Hacıqabulda 165, İmişlidə 111, İsmayıllıda 123, Kəlbəcərdə 49, Kürdəmirdə 108, Qaxda 37, Qazaxda 122, Qəbələdə 100, Qobustanda 237, Qubada 189, Qubadlıda 19, Qusarda 125, Laçında 41, Lerikdə 183, Lənkəranda 228, Masallıda 211, Mingəçevirdə 81, Naftalanda 6, Neftçalada 59, Oğuzda 83, Ordubadda 19, Sabirabadda 242, Saatlıda 87, Salyanda 117, Samuxda 36, Siyəzəndə 60, Şabranda 90, Şahbuzda qeydiyyatda olan şəxs olmayıb, Şəkidə 93, Şəmkirdə 224, Şərurda 51, Tərtərdə 36, Tovuzda 184, Ucarda 74, Xaçmazda 117, Yardımlıda 307, Zaqatalada 91, Zərdabda isə 53 qadının beşdən çox övladı var.
