image-xk45backend

Əli Şamxani də öldürüldü – “Iran International”

İranın ali dini lideri ayətullah Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani öldürülüb.

Referans Media  xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.

Məlumata görə, Şamxani bu gün həyata keçirilən hücumlar nəticəsində həlak olub. Yayılan iddialarla bağlı hələlik rəsmi Tehran tərəfindən açıqlama verilməyib.

Qeyd edək ki, Əli Şamxani uzun illərdir İranın təhlükəsizlik və müdafiə siyasətinin əsas fiqurlarından biri hesab olunurdu. O, ölkənin strateji qərarlarının qəbulunda mühüm rol oynayırdı və regiondakı proseslərlə bağlı sərt mövqeyi ilə seçilirdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki