“ABŞ Prezidenti Donald Trampın “Azadlıq layihəsi” çıxılmaz layihədir”.
Referans Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
O bildirib ki, Hörmüz boğazında baş verən hadisələr siyasi böhranın hərbi həllinin olmadığını açıq göstərir:
“Pakistanın səyləri sayəsində danışıqlar irəlilədiyi bir vaxtda ABŞ diqqətli olmalı və onu yenidən mürəkkəb vəziyyətə sürükləmək istəyən qüvvələrin təsirinə düşməməlidir.
Bu xəbərdarlıq Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üçün də keçərlidir”.
