Müctəba Xamenei orduya təcili tapşırıq verdi – Region üçün təhlükəli SSENARİ

“İranın ali rəhbəri Müctəba Xameneinin ABŞ və İsrailə qarşı mümkün hərbi cavabın coğrafi məhdudiyyət olmadan həyata keçirilməsi barədə göstəriş verdiyi iddia olunur”.

Referans Media Globalinfo.az-a istinadən xəbər verir ki, bunu iranşünas Vardan Voskanyan deyib.

Onun sözlərinə görə, Xamenei İran Silahlı Qüvvələrinin ali komandanlıq nümayəndələri ilə görüşdə ölkəyə hücum olactəağı təqdirdə, ABŞ və İsraillə əlaqəli infrastruktura dərhal və effektiv zərbələr endirilməsi barədə göstəriş verib.

Voskanyan bu açıqlamada iki məqamın diqqət çəkdiyini bildirib:

“Müctəba Xameneinin hərbi komandanlıqla birbaşa görüşərək göstərişlər verməsi və mümkün cavab zərbələrinin coğrafi məhdudiyyətinin olmaması”.

İranşünas ehtimal edib ki, belə bir ssenaridə zərbələr digər ölkələri də əhatə edə bilər:

“Mümkün müharibə zamanı hansı ölkələrin hədəf seçiləcəyinə dair dəqiq cavab yalnız İrandakı məhdud sayda qərarverici şəxslərə məlumdur”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki