Ermənistan Müdafiə Nazirliyinin poliqonunda partlayış baş verib.
Baş vermiş partlayış nəticəsində 8 hərbçi xəsarət alıb.
İnsident zamanı partlayan minaatan mərmisi təlim zamanı istifadə olunub və yaralananların hamısı həmin təlimin iştirakçılarıdır.
Yaralıların həyati təhlükəsi yoxdur və onlar xəstəxanada müalicə olunurlar.
Hadisənin ötən gün baş verdiyi qeyd edilir.
Daha əvvəl Ermənistan MN məlumat vermişdi ki, iyulun 8-də saat 16 radələrində nazirliyin poliqonlarından birində keçirilən təlimlər zamanı ilkin məlumata görə, minaatanlardan açılan atəş zamanı partlayış baş verib, nəticədə bir neçə nəfər xəsarət alıb.//milli.az