backend

Ermənistanın nəqliyyat blokadasının aradan qalxması Gürcüstan marşrutundakı yükləri azalda bilər

Ermənistanın nəqliyyat arteriyalarının blokdan çıxarılması Gürcüstan ərazisindən daşınan yüklərin digər istiqamətlərə yönləndirilməsinə səbəb ola bilər.

 

Referans Media Gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Nəqliyyat Araşdırmaları Mərkəzi (TCRC) məlumat yayıb. Mərkəzin bildirdiyinə görə, Gürcüstanın bu proses nəticəsində hansı həcmdə yük itirə biləcəyini müəyyənləşdirmək üçün araşdırma aparılmasına ehtiyac var. TCRC qeyd edir ki, Ermənistan və Azərbaycan arasında müəyyən nəqliyyat sahələrinin, o cümlədən xəritədə qırmızı ilə işarələnmiş hissənin bərpası halında, hazırda Gürcüstan limanları və dəmir yolu vasitəsilə Ermənistana daşınan illik təxminən 0,5 milyon ton neft məhsulunun taleyi sual altında qala bilər. Məlumatda vurğulanır ki, Ermənistanın nəqliyyat arteriyalarının açılması, o cümlədən Zəngəzur dəhlizinin istifadəyə verilməsi Gürcüstan marşrutu üzrə yükdaşımaların azalmasına gətirib çıxara bilər. Mərkəz hesab edir ki, yüklərin hansı həcmdə alternativ marşrutlara yönləndiriləcəyini müəyyən etmək üçün müvafiq tədqiqat aparılmalıdır və bu cür araşdırmanın dövlət maraqlarına uyğunluğu qiymətləndirilməlidir. Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan mediası Azərbaycanın Ermənistana neft və neft məhsullarının ixracını planlaşdırdığı barədə məlumat yayıb.

Hazırda iki ölkə arasında yeganə tranzit yol Gürcüstandır. Həmin məlumatlara əsasən, Gürcüstan daşımalar üçün standart tarifdən 40 dəfə yüksək qiymət təklif edib. Dərc olunan məqalələrdə qeyd olunub ki, uzun illər Azərbaycan üçün strateji tərəfdaş olan Gürcüstan mövcud vəziyyətdə əməkdaşlıq yolu ilə mövqe sərgiləməlidir. Bundan sonra Gürcüstanın baş naziri İrakli Kobaxidze qərar qəbul edib ki, Azərbaycan yanacağının Ermənistana dəmir yolu ilə daşınması bir dəfəlik olaraq ödənişsiz həyata keçirilsin.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki