Fənərbaxça – Liverpul oyununun hakimləri AÇIQLANDI

UEFA Çempionlar Liqasının 4-cü turunda keçiriləcək Fənərbaxça – Liverpul qarşılaşmasının hakimlərini açıqlayıb.

Referans Media xəbər verir ki, UEFA-nın yaydığı məlumata görə, noyabrın 4-ü, çərşənbə günü keçiriləcək oyunun baş hakimi fransalı Klement Turpin olacaq.

İstanbuldakı Çobani Stadionunda baş tutacaq və yerli vaxtla saat 20:45-də başlayacaq görüşdə Turpenə həmyerliləri Nicolas Danos və Benyamin Paqes yan xətt hakimləri kimi kömək edəcəklər.

Matçın dördüncü hakimi isə digər fransalı referi Ceremi Stinat təyin olunub.

Qeyd edək ki, qarşılaşma UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki