ÇL: “Vikinq” – “Sabah” oyununun hakimləri açıqlandı

Norveçdə yerli “Vikinq” və “Sabah” komandaları arasında keçiriləcək UEFA Çempionlar liqasının oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Referans Media xəbər verir ki, liqa mərhələsinin 4-cü turunun matçı Niderlanddan olan hakimlər briqadasına tapşırılıb.

Qarşılaşmanın baş hakimi FİFA referisi Sander van der Eyk olacaq. Ona həmyerliləri Rens Bluemink və Stefan de Qroot kömək göstərəcək. Dördüncü hakim funksiyasını Joey Kooij yerinə yetirəcək.

“Vikinq” – “Sabah” oyunu noyabrın 4-dən 5-nə keçən gecə, saat 00:00-da start götürəcək./Publika.az

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki