UEFA Çempionlar Liqasında IV turun həyəcanı başlayır: Bu gün 9 oyun keçiriləcək

UEFA Çempionlar Liqasının liqa mərhələsində IV turun qarşılaşmalarına bu gün start veriləcək. Turun ilk oyun günündə futbolsevərləri 9 maraqlı görüş gözləyir.

Referans Media xəbər verir ki, günün diqqətçəkən matçlarından biri Türkiyənin "Qalatasaray" klubu ilə Almaniyanın "Ştutqart" komandası arasında olacaq. İstanbul təmsilçisi doğma meydanda rəqibini qəbul edəcək.

Günün digər maraqlı qarşılaşmalarında "Barselona" İspaniyada İngiltərənin "Aston Villa" klubu ilə, "Vilyarreal" isə Fransa nəhəngi PSJ ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi – IV tur

21:45. "Şaxtyor" (Ukrayna) - "Sportinq" (Portuqaliya)

21:45. "Qalatasaray" (Türkiyə) - "Ştutqart" (Almaniya)

00:00. "Barselona" (İspaniya) - "Aston Villa" (İngiltərə)

00:00. "Atletiko" (İspaniya) - "Bavariya" (Almaniya)

00:00. "Mançester Yunayted"(İngiltərə) - "Roma" (İtaliya)

00:00. "Feyenoord" (Niderland) - "İnter" (İtaliya)

00:00. "Budyo-Qlimt" (Norveç) - "Lill" (Fransa)

00:00. "Vilyarreal" (İspaniya) - PSJ (Fransa)

00:00. LASK (Avstriya) - "Slovan" (Slovakiya)

Xatırladaq ki, Liqa mərhələsində IV turun digər oyunları noyabrın 4-də keçiriləcək.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki