Arda Güler La Liqada hər kəsi qabaqladı

Türkiyə millisinin üzvü Arda Gülər (Arda Güler, Arda Guler) İspaniya La Liqasında bu mövsüm ən çox qol vəziyyəti yaradan futbolçu olub.

 Referans Media xəbər verir ki, “Real Madrid”in yarımmüdafiəçisi 90 dəqiqə ərzində yaratdığı şansların sayına görə ən yaxın rəqibini böyük fərqlə geridə qoyur.

“StatMuse”un təqdim etdiyi statistikaya əsasən, Gülər bu göstəricidə 39 şansla ilk pillədə qərarlaşıb. 

 “Selta”nın (Celta, Celta Vigo) futbolçusu İniqo Visente (Iñigo Vicente, Inigo Vicente) isə 32 şansla ikinci yerdədir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki