“Fənərbaxça” “Napoli” ilə müqavilə bağlamaq üzrə olan Kevin de Bruyneni transfer etmək üçün hərəkətə keçib.
Referans xəbər verir ki, “Mançester Siti”dən ayrılan futbolçu “Napoli” ilə razılıq əldə etsə də, “Fənərbaxça”nın təklifi razılığın reallaşmasına mane ola bilər. İtaliya mətbuatında dərc edilən xəbərə görə, “Napoli”ni belçikalı ulduza illik 6 milyon avro maaş və 3 milyon avro imza bonusu təklif edib.
“Fənərbaxça” isə futbolçuya iki dəfə çox məvacib təklif edib. “Fənərbaxça”nın bu transferdə mühüm addım atdığı və futbolçunu transfer etməkdə israrlı olduğu iddia edilib.