Filippində faciə: Torpaq sürüşməsi 13 nəfərin ölümünə səbəb oldu

Filippinin Sebu şəhərində zibil idarəetmə və təkrar emal müəssisəsində baş verən torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 13-ə çatıb.

Referans Media-nın məlumatına görə, yerli rəsmi şəxslər 8 yanvarda Sebu şəhərinin Binaliv bölgəsindəki zibil müəssisəsində baş verən torpaq sürüşməsi ilə bağlı açıqlama veriblər.

Hadisədə həyatını itirənlərin sayının 13-ə yüksəldiyini bildirən rəsmi şəxslər, 18 yaralının xəstəxanada müalicə aldığını, itkin düşmüş 23 nəfərin axtarış və xilasetmə işlərinin davam etdiyini qeyd ediblər.

Rəsmi şəxslər xilasetmə işlərinin son dərəcə təhlükəli şəraitdə və mərhələli şəkildə həyata keçirildiyini, komandaların yeni torpaq sürüşməsi riskindən narahat olduqlarını bildiriblər.

2025-ci ilin sentyabr və noyabr aylarında baş vermiş zəlzələ və tufanın yeraltı hərəkətlərə səbəb ola biləcəyini qeyd edən rəsmi şəxslər, ilkin araşdırmaların sürüşmənin təbii səbəblərdən baş vermiş ola biləcəyini göstərdiyini vurğulayıblar.

Hadisənin dəqiq səbəbi ilə bağlı hələlik rəsmi istintaq başlanmayıb.

Sebu şəhərindəki təkrar emal müəssisəsində baş verən torpaq sürüşməsi həm müəssisəyə, həm də işçilərin yaşayış konteynerlərinə ciddi ziyan vurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki