Filippində iyunun 8-də baş verən 7,8 bal gücündə zəlzələdə ölənlərin sayı 68-ə çatıb

Filippinin cənubundakı Mindanao bölgəsində iyunun 8-də baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 68-ə, yaralananların sayı isə 1339-a yüksəlib.

Filippinin xəbər şəbəkəsi olan GMA News-un məlumatına görə, rəsmilər ötən həftə Mindanaoda baş vermiş zəlzələnin yaratdığı itkilərlə bağlı açıqlama veriblər.

Rəsmilər bildiriblər ki, zəlzələ nəticəsində 68 nəfər həyatını itirib, 1339 nəfər yaralanıb. Bundan başqa, 33 nəfərin taleyi ilə bağlı hələ də məlumat yoxdur.

Məlumata əsasən, zəlzələdən 1,3 milyon insan zərər çəkib, bölgədə 12 mindən çox ev tamamilə dağılıb, 55 mindən çox yaşayış evi isə müxtəlif dərəcədə ziyan görüb.

United States Geological Survey (USGS) iyunun 8-də Mindanaoda 7,8 bal gücündə zəlzələ qeydə alındığını və yeraltı təkanların 55,2 kilometr dərinlikdə baş verdiyini açıqlamışdı.

"Pasifik Od Halqası" adlandırılan seysmik və vulkanik qurşaqda yerləşən Filippində güclü zəlzələlər tez-tez baş verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki