"Gələcəyini fikirləş, yoxsa məhv olacaqsan" - Lukaşenkodan SƏRT XƏBƏRDARLIQ

Belarus Prezidenti Aleksandr Lukaşenko İranın silah istehsalında istifadə oluna biləcək nüvə materiallarını Çin və Rusiyaya təhvil verməyi təklif edib.

Referans Media xəbər verir ki, o, bu barədə Al Arabiya telekanalına müsahibəsində danışıb.

 
Lukaşenko ABŞ və İsrailin İrana qarşı müharibəsini “ölümcül səhv” adlandırıb. Onun sözlərinə görə, İsrail gələcəyini düşünməyə başlamalıdır, əks halda “ona hətta nüvə silahı da kömək etməyəcək”.
Belarus lideri həmçinin İranın nüvə materiallarını Çinə verməyi təklif etdiyini vurğulayıb və nüvə silahlarının yayılmasının əleyhinə olduğunu bildirib.

Lukaşenko müsahibəsində İsraili çox sayda insanın ölümünə səbəb olmaqda da ittiham edib.
“İsrail bu qədər insanı, ilk növbədə qadınları və uşaqları öldürdükdən sonra hansı Holokostdan söhbət gedə bilər? Orada demək olar ki, hər şeyi yer üzündən siliblər. İnsanların sümükləri üzərində hansısa kurort tikmək istəyirlər. Bu, tamamilə absurddur”, – deyə Belarus Prezidenti vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki