Avropa İttifaqı (Aİ) antiinhisar araşdırmasının başa çatmasından sonra "Google"u yüz milyonlarla avro cərimələməyi planlaşdırır.
Referans Media xəbər verir ki, bu barədə Almaniyanın "Handelsblatt" qəzeti məlumat yayıb.
Müvafiq qərar son mərhələdədir və yay tətilindən əvvəl elan edilməsi gözlənilir.
Qeyd edək ki, "Google"a qarşı tətbiq edilən cərimə, Rəqəmsal Bazarlar Qanununu pozduğuna görə Aİ-də indiyə qədər tətbiq edilən ən böyük cərimə olacaq.
