backend

Goranboyda qəza: yaralıların sayı artdı – YENİLƏNİB

Goranboyda minik maşını ilə mikroavtobusun toqquşması nəticəsində xəsarət alanların sayı 6-a çatıb.

Referans Media APA-ya istinadla xəbər verir ki, xəsarət alanlar 1984-cü il təvəllüdlü A.Əmrahova, 1994-cü il təvəllüdlü D.Məmmədov, 1971-ci il təvəllüdlü E.Rüstəmov, 1991-ci il təvəllüdlü B.Novruzova, 1995-ci il təvəllüdlü A Məmmədov və 1984-cü il təvəllüdlü S.Musayevdir.

Xəsarət alan şəxslər Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. TƏBİB-dən verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda 3 nəfərin müalicəsi Cərrahiyyə və Reanimasiya şöbələrində müalicələri davam etdirilir. Digər 2 nəfərə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Hadisə nəticəsində xəsarət alan 1 nəfər ilkin tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrinin birinə təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.

***

Goranboyda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Fəxralı kənd sakini 1955-ci il təvəllüdlü Əyyar Musayevin idarə etdiyi “Toyota Land Cruiser” markalı maşınla Düzqışlaq kənd sakini Seymur Ələsovun idarə etdiyi “VAZ 21015” markalı avtomobil toqquşub.

Nəticədə “VAZ 21015” markalı maşında olan sərnişinlər Aypara Əmrahova, 1977-ci il təvəllüdlü Sadəgül Ələsova və 1995-ci təvəllüdlü Elnurə Hüseynova xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki