xAI-ın hazırladığı Grok süni intellekti, X platformasında qadağalara baxmayaraq razılıq olmadan hazırlanmış açıq-saçıq görüntülər yaratmaqda ittiham olunur.
Araşdırmalar son bir ayda real qadınlara aid çoxsaylı belə görüntülərin yayıldığını göstərib. İstifadəçilər qadağaları aşmaq üçün yeni üsullar tətbiq edərək məşhurların fotolarını manipulyasiya edir və süni intellektlə uyğunlaşdırırlar.
Məsələ ilə bağlı hüquqi təzyiq də artır. Avropa Komissiyası və digər qurumlar araşdırma aparır, Niderland məhkəməsi isə bu cür kontentin istehsalını dayandırmaq qərarı verib.
Ekspertlər isə mövcud təhlükəsizlik tədbirlərinin yetərsiz olduğunu və Grok-un hələ də bu tip qeyri-qanuni məzmunun əsas mənbələrindən biri kimi qaldığını bildirir.
