Türkiyənin paytaxtı Ankarada güclü yağış sel və daşqınlara səbəb olub.
Referans xəbər verir ki, yağış səbəbindən nəqliyyatın hərəkəti dayanıb, bəzi ağaclar aşıb, tikililər uçub.
Şəhərdə çox sayda ev və iş yeri su altında qalıb, kanalizasiyalar daşıb.
Bildirilir ki, avtomobilləri sel suları aparıb.
Axşam saatlarında başlayan tufan və leysan bəzi küçə və prospektlərdə suların yığılmasına səbəb olub.
Sakinlər bələdiyyə və ətrafdakıların köməkliyi ilə təhlükəsiz ərazilərə təxliyə edilib.