Hamının gözlədiyi gün gəldi!

Bu gün Bakıda futbol azarkeşlərinin diqqəti UEFA Çempionlar Liqasının növbəti oyununa yönələcək. Azərbaycanın "Sabah" klubu turnirin liqa mərhələsinin V turunda İspaniyanın məşhur "Barselona" komandası ilə qarşılaşacaq.

Referans Media xəbər verir ki, qarşılaşma noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Görüşün start fiti Bakı vaxtı ilə saat 21:45-də səslənəcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi – V tur
25 noyabr
21:45 - "Sabah" - "Barselona"

Qeyd edək ki, "Sabah" komandası turnirin ilk dörd turundan sonra 3 xal toplayaraq turnir cədvəlinin 31-ci pilləsində qərarlaşıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki