Milanda hər il moda dünyasının diqqət mərkəzində olan “Vogue World: Milano” şousu keçirilib.
Möhtəşəm tədbirdə Türkiyənin tanınmış aktrisalarından Hande Erçellə dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopez bir araya gəlib.
Gecənin diqqət çəkən məqamlarından biri iki məşhurun görüşü olub. Hande Erçel və Cennifer Lopez tədbir zamanı birlikdə kameralar qarşısına keçərək foto çəkdiriblər. Onların səmimi görüntüləri sosial mediada da maraqla qarşılanıb.
Moda və şou-biznes dünyasının bir çox tanınmış simalarının qatıldığı tədbirdə Hande Erçel də görünüşü ilə diqqət çəkib. Türkiyəli aktrisanın Cennifer Lopezlə eyni kadrda yer alması isə gecənin yadda qalan anlarından birinə çevrilib.
“Vogue World: Milano” moda, kino, musiqi və incəsənət dünyasının məşhur simalarını bir araya gətirən tədbirlərdən biri kimi böyük maraq doğurur. Bu ilki nümayişdə də beynəlxalq ulduzların iştirakı gecəyə xüsusi rəng qatıb./Musavat.com
