Çin Xalq Respublikasının Sədri Si Sinpin həyat yoldaşı Pen Liyuan ilə birlikdə Ağ Evə gəlib.
Referans Media xəbər verir ki, onları ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp qarşılayıblar.
Amerika liderinin iqamətgahı qarşısında qarşılanma mərasimi üçün fəxri qarovul dəstəsi düzülüb, girişin önünə isə qırmızı xalça döşənib.
Donald və Melaniya Tramp ÇXR sədrinin və onun həyat yoldaşının gəlişindən qısa müddət əvvəl çölə çıxıblar.
Sentyabrın 24-də Amerika prezidenti Si Sinpinin rəsmi səfərlə gəldiyi təyyarənin trapında qarşılayıb.
Tramp və Si Sinpin sonuncu dəfə mayın 14–15-də Pekində danışıqlar aparmışdılar. Amerika liderinin sözlərinə görə, bu, tərəflərin bir çox iqtisadi razılaşmalar əldə etməyə müvəffəq olduğu “inanılmaz səfər” idi./Publika.az
