ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp ÇXR Sədri Si Sinpin və onun həyat yoldaşı Pen Liyuan ilə birlikdə Ağ Evin Cənub qazonunda keçirilən hərbi paradta iştirak ediblər.
Referans Media xəbər verir ki, tədbir zamanı amerikalı hərbçilər prezidentlərə ABŞın silahlı qüvvələrinin gücünü nümayiş etdiriblər. Parad qırıcıların və "B-2" strateji bombardmançısının uçuşu ilə başa çatıb.
Tramp ABŞ-ın böyük məsafələrə zərbələr endirmək imkanlarını nümayiş etdirmək üçün aşağı görünmə qabiliyyətinə malik "B-2" strateji bombardmançısından dəfələrlə istifadə edib./Publika.az
