İstanbulu tərk edərək Muğlanın Fethiye rayonunun Göcek bölgəsinə köçən məşhur müğənni Koray Avcı yeni həyat tərzi ilə diqqət çəkib.
Referans MEDİA xəbər verir ki, sənətçi gərgin şəhər həyatından yorulduğunu bildirib.
35 yaşlı Avcı təbiət qoynunda həm dincəldiyini, həm də yeni bəstələr üzərində işlədiyini vurğulayıb. O, ən maraqlı məşğuliyyəti haqda isə bunları deyib:
“Cümə bazarında köşküm var. Ürəyim istəyəndə qarpız satıram. Bunu İstanbulda harada edəcəksən?”
Koray Avcı məşhurluğun yaratdığı məhdudiyyətlərdən uzaq olmaq istədiyini vurğulayıb./Musavat.com






















