Dünyanın ən mühüm dəniz ticarət marşrutlarından biri olan Hörmüz boğazı 94 gündür bağlı qalır. ABŞ rəsmilərinin boğazın yaxın vaxtlarda açılacağı ilə bağlı nikbin açıqlamalarına baxmayaraq, gəmiçilik şirkətləri təhlükəsizlik təminatı olmadan bölgəyə qayıtmaq istəmirlər.
Normalda gündə təxminən 100 yük gəmisinin keçdiyi boğazdan son günlər cəmi bir neçə gəmi hərəkət edib. Bu vəziyyət qlobal neft tədarükünə ciddi təsir göstərib. Dünya neftinin təxminən 20 faizinin daşındığı marşrutun bağlanması mayeləşdirilmiş təbii qaz və gübrə tədarükündə də problemlər yaradıb.
Mütəxəssislər bildirirlər ki, bölgədə davam edən təhlükəsizlik riskləri səbəbindən gəmi operatorları və sığorta şirkətləri müntəzəm reysləri bərpa etməyə tələsmirlər. Müharibə başlayandan bəri 39 gəmi hücuma məruz qalıb, 11 dənizçi isə həyatını itirib.
Boğazın bağlı qalması qlobal ticarətə də mənfi təsir göstərib. Körfəz ölkələrinə yük daşıyan çoxsaylı konteyner gəmisi limanlarda ilişib qalıb, nəticədə dünya üzrə daşınma tarifləri dəfələrlə artıb. Bəzi tanker şirkətləri isə rekord səviyyəyə çatan daşınma haqları hesabına gəlirlərini 200 faizdən çox artırdıqlarını açıqlayıblar.**ləri kəskin artıb**
Dünyanın ən mühüm dəniz ticarət marşrutlarından biri olan Hörmüz boğazı 94 gündür bağlı qalır. ABŞ rəsmilərinin boğazın yaxın vaxtlarda açılacağı ilə bağlı nikbin açıqlamalarına baxmayaraq, gəmiçilik şirkətləri təhlükəsizlik təminatı olmadan bölgəyə qayıtmaq istəmirlər.
Normalda gündə təxminən 100 yük gəmisinin keçdiyi boğazdan son günlər cəmi bir neçə gəmi hərəkət edib. Bu vəziyyət qlobal neft tədarükünə ciddi təsir göstərib. Dünya neftinin təxminən 20 faizinin daşındığı marşrutun bağlanması mayeləşdirilmiş təbii qaz və gübrə tədarükündə də problemlər yaradıb.
Mütəxəssislər bildirirlər ki, bölgədə davam edən təhlükəsizlik riskləri səbəbindən gəmi operatorları və sığorta şirkətləri müntəzəm reysləri bərpa etməyə tələsmirlər. Müharibə başlayandan bəri 39 gəmi hücuma məruz qalıb, 11 dənizçi isə həyatını itirib.
Boğazın bağlı qalması qlobal ticarətə də mənfi təsir göstərib. Körfəz ölkələrinə yük daşıyan çoxsaylı konteyner gəmisi limanlarda ilişib qalıb, nəticədə dünya üzrə daşınma tarifləri dəfələrlə artıb. Bəzi tanker şirkətləri isə rekord səviyyəyə çatan daşınma haqları hesabına gəlirlərini 200 faizdən çox artırdıqlarını açıqlayıblar.
