Hörmüz boğazı ilə bağlı yaranan böhran əvvəlki bütün neft və enerji böhranlarından fərqli xarakter daşıyır.
Referans Media xəbər verir ki, bu barədə “The Nation” məlumat yayıb.
Məqalədə qeyd olunur ki, İsrail və ABŞ-ın İrana qarşı həyata keçirdiyi hücumlar Fars körfəzində sabitliyi pozaraq qlobal neft və təbii qaz təchizatını qeyri-müəyyən vəziyyətə salıb:
“Münaqişənin genişlənməsi və Hörmüz boğazının bağlanması gündəlik olaraq dünya neft tədarükünün təxminən 11–13 faizinin bazardan çıxmasına səbəb ola bilər ki, bu da yanacaq qiymətlərində kəskin artım yaradar.
Filippin və Banqladeş kimi ölkələr yanacaq ehtiyatlarının tükənməsi səbəbindən fövqəladə vəziyyət elan edib, bəzi enerji obyektləri və nəqliyyat sistemləri isə ciddi çətinliklərlə üzləşib”.
