İlin ilk Super Ayı görünəcək

Noyabrın 24-ü saat 18:54-də Ay Yerə ən yaxın mövqedə olacaq.

Referans Media xəbər verir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, bu gün ilin ilk Super Ayı görünəcək.

Bu gün Ay saat 16:44-də şimal-şərqdən doğub. Hava şəraiti uyğun olarsa, Super Ayı bütün gecə boyunca izləmək mümkün olacaq.

Qeyd edək ki, ilin ikinci və sonuncu Super Ayı isə 24 dekabr saat 05:28-də olacaq.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki