İran nümayəndə heyəti aprelin 22-də İslamabadda ABŞ ilə keçiriləcək danışıqlarda iştirak etməyəcək.
Referans Media xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyinin məlumatında qeyd olunub. Bildirilir ki, İran bu barədə Amerika tərəfini Pakistan vasitəsilə məlumatlandırıb.
Qeyd olunur ki, Tehranın qərarı qətidir, çünki bunun üçün heç bir perspektiv görmür. Bundan əlavə, İslam Respublikasının hakimiyyəti görüşün vaxt itkisi olacağına inanır, çünki Vaşinqton hər hansı ağlabatan razılaşmanın əldə edilməsinə mane olur.
Xatırladaq ki, ABŞ–İran danışıqlarının ikinci raundu çərşənbə günü, 22 apreldə İslamabadda keçirilməli idi. Lakin 21 aprel axşamı ABŞ İranın təxirə salması səbəbindən danışıqlar üçün İslamabada səfərini təxirə saldı.























