İran “gözə-göz” prinsipi ilə hərəkət edir – Qalibaf hədələdi

“Əgər İrana qarşı hücumlar davamlı olsa, ölkə qarşı tərəfin infrastruktur obyektlərinə cavab zərbələri endirəcək”.

Referans Media xəbər verir ki, bunu İranın parlament sədri Məhəmməd Baqir Qalibaf deyib:

“Düşmən bilir ki, nə etsə də, biz mütləq ölçüyə uyğun və dərhal cavab verəcəyik. Heç bir vəhşilik cavabsız qalmır. Bu gün biz ‘gözə-göz’ prinsipi ilə hərəkət edirik və heç bir istisna tanımırıq. Əgər onlar infrastruktur obyektlərinə qarşı müharibə aparsalar, biz mütləq bu obyektləri hədəfə alacağıq”, – Qalibaf vurğulayıb.

İranın bu açıqlaması, bölgədəki gərginliyin artdığını və qarşılıqlı hücum riskinin yüksək olduğunu göstərir.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki