İran silahlı qüvvələri İsraildəki hava bazalarına hücum edib.
Bu barədə “Fars” xəbər agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadla məlumat yayıb.
Qeyd edilib ki, irimiqyaslı raket əməliyyatının hədəfi İrana hücum etmək üçün təyyarələrin qalxdığı İsrail hava bazaları olub.
Bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp İranın ali dini lideri Əli Xameneinin yerini bildiyini, lakin Vaşinqtonun hələlik onu məhv etmək planının olmadığını bildirib./Publika.az