İran dövlət mediası ABŞ-İsrail hücumlarında həlak olan keçmiş Ali Lider Əli Xameneinin həyat yoldaşı Mənsur Höcəstə Bəkirzadənin öldüyü iddialarını təkzib edib. İranlı rəsmi mənbələr Bəkirzadənin sağ olduğunu və 28 fevral tarixində ABŞ-İsrail hücumlarında öldüyünə dair iddiaların doğru olmadığını açıqlayıb.
Referans Media xəbər verir ki, İranın yeni Ali Lideri Müctəba Xameneinin başsağlığı mesajlarında anasının adını çəkməməsi də Bəkirzadənin hələ də sağ olduğu iddialarını gücləndirdi.
İran yaxın və yarı-rəsmi mənbələri, Mənsur Höcəstə Bəkirzadənin həmin hücumlarda ağır yaralanması ilə bağlı məlumatlar olsa da, ölmədiyini bildiriblər. Hücum zamanı İranın yüksək vəzifəli idarəçilərini hədəf alan əməliyyat həyata keçirilib və bir sıra rəsmi şəxslərin həyatını itirdiyi açıqlansa da, Xameneinin həyat yoldaşı bu hücumdan sağ çıxıb.
İran mediasının verdiyi xəbərlərə görə, ölkənin yeni ali lideri Müctəba Xameneinin atası və bəzi ailə üzvləri üçün başsağlığı mesajında anasından bəhs etməməsi Bəkirzadənin hələ də sağ olduğu iddialarını gücləndirir.
1947-ci ildə İranın Məşhəd şəhərində anadan olan Mənsurə Höcəstə Bəkirzadə gənc yaşlarında Əli Xamenei ilə evlənib. Cütlüyün altı övladı var. İran siyasətində əhəmiyyətli bir fiqurun həyat yoldaşı olmasına baxmayaraq, Bəkirzadə uzun illər gizli qalıb və daha çox şəxsi həyatına diqqət yetirib.























