İran: məktəb faciəsinin əmrini verən 2 ABŞ zabitini ifşa etdi – “BUNLARI UNUTMAYIN”

İran Minab şəhərində qızlar üçün ibtidai məktəbə edilən hücumla bağlı diqqətçəkən ittiham irəli sürüb. Rəsmi Tehran hadisəyə görə iki ABŞ hərbi-dəniz zabitini məsul sayaraq onların adlarını və fotolarını ictimaiyyətə açıqlayıb.

Referans Media bildrir ki, İranın Cənubi Afrika Respublikasındakı səfirliyinin yaydığı bəyanatda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Spruance” gəmisində xidmət edən komandir Leigh R. Tate və icraçı zabit Jeffrey E. Yorkun “Tomahawk” raketlərinin buraxılması əmrini verdiyi iddia olunub. Açıqlamada “Bu iki şəxsi unutmayın” ifadəsi yer alıb.

Məlumata görə, hücum nəticəsində əksəriyyəti uşaq olmaqla 168-170 nəfər həyatını itirib. İran rəsmiləri bildirir ki, zərbə birbaşa məktəbi hədəf alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki